“Sabir Rüstəmxanlı üçün yaz” müsabiqəsi elan edildi

“Sabir Rüstəmxanlı üçün yaz” müsabiqəsi elan edildi

Yazar

10 May 2021 15:12 6458


Xalq şairi Sabir Rüstəmxanlının 75 illiyinə həsr olunmuş “Sabir Rüstəmxanlı üçün yaz” adlı yazı müsabiqəsi elan edilib.

Yenisabah.az xəbər verir ki, “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə keçirilən müsabiqəyə #rüstəmxanlıüçünyaz, #sabirrüstəmxanlı75 həştəqlərindən istifadə edərək sosial şəbəkələrdə (“Facebook”, “Twitter”, “İnstagram”) paylaşım etməklə və ya məqalə qələmə almaqla qatılmaq mümkündür.

Yazılmış məqalə və sosial şəbəkələrdə edilmiş paylaşımlar arasından seçim ediləcək və müəyyən edilmiş qaliblər mükafatlandırılacaq.

Qeyd edək ki, müsabiqə 21 may 2021-ci ildə yekunlaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!