Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Neft Emalı Zavodunun girişinə yazılmış şüara etiraz edib.
“Yeni Sabah” xəbər verir ki, S. Rüstəmxanlı deyib ki, o hər dəfə Yeni Bakı Neftayırma zavodunun yanından keçəndə “Heydər Əliyev Neft Emalı zavodunun yenidən qurulmasının banisidir” yazısı onu əsəbiləşdirir: “Başa düşmürəm, bu sözləri hansı ağılla yazıblar. Hər gün minlərlə adam görür bunu. Cənablar, banı sözünün mənasını bilirsiniz? Bir yenidən qurmanın, bərpa işinin, hətta zavod tikintisinin də banisi olar? Hörmətli başçılar və YAP-çılar siz bu kişiyə niyə belə hörmətsizlik edirsiniz? Başqa söz tapa bilmirsiniz?”.
Telegram kanalımız