Sabirabad sakinlərindən ağlasığmaz əməl: Fermada görün nə ediblər

saytların hazırlanması

Evə çatdırılma

Sabirabad sakinlərindən ağlasığmaz əməl: Fermada görün nə ediblər

Kriminal

13 İyul 2024 09:35 1322


Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri Fəzail Məcidov, qardaşı Fədayıl, İnqilab İsmiyev və Elşad Heydərli saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, iki qardaşa məxsus rayonun Çöl Beşdəli kəndi ərazisində yerləşən fermanın sahəsinə baxış zamanı xüsusi aqrotexniki qaydada qulluq edərək yetirdikləri yaş çəkisi yarım ton olan 516 ədəd çətənə kolu və 6 kiloqram marixuana aşkarlanıb. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.  pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!