Sabirabad rayonunda zəhərlənən ailənin son durumu açıqlanıb.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasından “Yeni Sabah” bildirilib ki, fevralın 12-də saat 01:20 radələrində zəhərlənmə şübhəsilə 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşdirilməmiş virus mənşəli bağırsaq infeksiyası diaqnozu təyin edilib.
Həmçinin əlavə edilib ki, pasiyentlərin huşu aydın və həyat göstəriciləri normal olaraq qiymətləndirilib. Onlara ilkin tibbi yardım göstərilib. Bir neçə saat müşahidə altında saxlanıldıqdan sonra vəziyyətləri stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Toyuqlu pizza
Vəziyyəti yenidən pisləşən 2015-ci il təvəllüdlü (kişi) azyaşlı 12.02.2026-cı il tarixində 15:00 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Həkim heyəti tərəfindən azyaşlının bioloji ölüm faktı təsdiqlənib.
Hazırda digər 3 nəfərin müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Aytac Əliyeva
***
16:26
Sabirabad rayonunun Sarxanbəyli kəndində bir ailənin dörd üzvü zəhərlənib.
"Yeni Sabah" xəbər verir ki, Cəfərovlar ailəsinin dörd üzvü zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara zəruri tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Lakin kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun vəziyyəti pisləşdiyi üçün yenidən xəstəxanaya göndərilib. Xəstəxanaya çatdırılanadək həkimə qədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız