Sabirabadda doğuş zamanı körpə öldü

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda doğuş zamanı körpə öldü

Sağlamlıq

17 May 2019 19:30 1252


Azərbaycanda növbəti dəfə doğuş zamanı körpə ölüb.

Hadisə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, 1999-cu il təvəllüdlü Əsədova Mülayim Varis qızının qeysəriyyə əməliyyatından sonra dünyaya gətirəcək əkiz körpələrindən biri ölüb. Onun ailəsi hadisədə həkim-ginekoloq Lalə Kamalı günahlandırır.

Ailənin sözlərinə görə, əməliyyatdan öncə M.Əsədova müayinədən keçib və körpələrin vəziyyətinin yaxşı olduğu bildirilib. Lakin doğuşdan sonra qız uşağı ölü doğulub, oğlan uşağı isə sağ qalıb. pizza hut

“Mülayim əməliyyata gec götürüldüyünə görə, uşaqlardan biri öldü. Həkim Bakıya gedib, buradakılara tapşırıb ki, özü gəlməyənədək xəstə əməliyyata alınmasın. Pul ona qalmayacaq axı… Mülayimin sancıları, ağrıları olduğuna görə, baş həkimə etiraz etdik ki, onu başqası əməliyyat etsin. Narazılığımızdan sonra əməliyyata alındı, amma uşaqlardan biri öldü”, – körpəsi ölən ananın yaxınları iddia edir.

Minval.info

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!