Sabirabad sakinindən külli miqdarda narkotik aşkarlanaraq götürülüb.
“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Əsədli kənd sakini, 61 yaşlı Tarıverdi İmanov saxlanılıb.
RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib. Oradan kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu, yaşadığı evdən isə ümumi çəkisi 4 kiloqram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. pizza sifarişi
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız