“Azərbaycanda sosial məsələlər uğurla həyata keçirilir” mövzusunda Sabirabad rayonunda regional müşavirə keçirilib. “Yeni Sabah” xəbər verir ki, toplantıda YAP sədrinin müavini Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin deputatları, YAP-ın 10 rayon təşkilatının sədrləri və digər qonaqlar iştirak edib.
Əli Əhmədov çıxış edərək qeyd edib ki, sosial problemlərin həlli Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi strategiyanın diqqət mərkəzindədir. “Prezident üçün insanların sosial rifahının yaxşılaşdırırılmasından savayı digər vacib bir məsələ yoxdur. Ölkədə həyata keçirilən siyasətin qayəsində də insan amili dayanır. Sosial siyasətin həyata keçirilməsi də maddi rifah bazasının yaradılmasından keçir”.
Millət vəkili Əhliman Əmiraslanov səhiyyə sahəsində islahatlardan danışıb. Bu sahədə aparılan siyasətdən yeni müasir səhiyyə müəssisələrinin açılması istiqamətində görülən işləri qeyd edib. pizza mizza
Telegram kanalımız