Azərbaycanda güclü yanğın başladı –   Video + Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda güclü yanğın başladı – Video + Yenilənib

Kriminal

19 Avqust 2019 09:11 1310


Şabran rayonu ilə Quba rayonu sərhədi arasında güclü yanğın başlayıb. 

“Yeni Sabaha” açıqlama verən meşə işçiləri bildiriblər ki, yanğın Şabranın Zərqova kənd ərazisindən başlayaraq Quba istiqamətinə yönəlib. 

Bildirdiklərinə görə yanğın bələdiyyə torpağındakı  kolluq ərazilərdə başlayıb. Sezar pizza

Hər iki rayondan yanğınsöndürən maşınları və briqada səfərbər olub.

“Hal hazırda yanğın davam edir. Meşəyə keçməyə az məsafə qalıb. Güclü alov hektarlarla ərazini külə çevirib” - deyə açıqlamada bildirilir.

***

Hadisə yerinə Quba, Xaçmaz, Şabran rayonlarının yanğınsöndürmə briqadaları və FHN-nin xilasedicilər cəlb olunub. Hazırda Quba rayonunun icra hakimiyyətinin rəhbərliyi hadisə yerindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!