Şabranda qazi və hamilə arvadının öldüyü qəzanın   DETALLARI

saytların hazırlanması

Evə çatdırılma

Şabranda qazi və hamilə arvadının öldüyü qəzanın DETALLARI

Hadisə

20 May 2025 00:22 1847


Şabranda ağır yol-nəqliyyat hadisəsi baş veib.

Minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində Vətən müharibəsi qazisi, 23 yaşlı Akif Zeynalzadə və onun hamilə həyat yoldaşı Dinara Zeynalzadə həyatını itiriblər.

Qazinin dayısının verdiyi məlumata görə, cütlük həmin gün Dinara Zeynalzadənin atasının evində qonaq olub: Dördpendirli pizza

"Qayınatası qalmalarını israr etsə də, onlar qalmayıblar. Uşaqları isə ailə üzvlərində qalıblar. Ər-arvad birlikdə yola düşüblər və Şabranda qəza baş verib. Hər ikisi həlak olub".

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Sıxılmış vəziyyətdə qalan iki nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, cütlük Bakının Hövsan qəsəbəsində yaşayırmış. Akif Zeynalzadə Sabirabadın Ulacalı kəndində, Dinara Zeynalzadə isə Xaçmazın Tel kəndində dəfn olunublar.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!