Sabunçu körpüsündə əsaslı təmir başlayır

saytların hazırlanması

Evə çatdırılma

Sabunçu körpüsündə əsaslı təmir başlayır

İqtisadiyyat

16 Aprel 2026 15:33 512


Sabunçu körpüsünün asfalt hissəsinin çökməsinin səbəbi açıqlanıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidəki yolun bir hissəsinin çökməsinə sonuncu güclü yağıntılar zamanı tunelin çıxışındakı kanalizasiya quyusunun daşması səbəb olub.

“Aidiyyəti qurumlarla birgə tunel ərazisində əsaslı təmir işləri aparıldıqdan sonra yolun bərpasına başlanılacaq”, - qurumdan qeyd olunub. Toyuqlu pizza

Qeyd edək ki, Sabunçu körpüsünün alt hissəsində asfaltın bəzi yerlərində çökmələr və dərin çatlar əmələ gəlib. Bu vəziyyət nəqliyyat vasitələrinin hərəkəti üçün potensial təhlükə yaradır və sürücülər arasında narahatlığa səbəb olub.

Xatırladaq ki, bu körpü ADY-nin balansındadır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!