Sabunçu Tibb Mərkəzində süni oynağın qoyulması əməliyyatına başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Sabunçu Tibb Mərkəzində süni oynağın qoyulması əməliyyatına başlanıldı

Sağlamlıq

21 Noyabr 2025 18:13 1506


Sabunçu Tibb Mərkəzində endoprotez əməliyyatlarının (zədələnmiş və ya xəstə oynağın süni protezlə əvəz olunması əməliyyatı) icrasına başlanılıb.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, tibb mərkəzində ilk dəfə 66 yaşlı pasiyent üzərində həyata keçirilmiş endoprotez əməliyyatı uğurla başa çatıb. Sezar pizza

Endoprotez əməliyyatları icra edən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin sayı 10-a çatıb. Hazırda bu əməliyyatın həyata keçirildiyi müəssisələrin sayının daha da artırılması və vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl işlər davam etdirilir.

Qeyd edək ki, endoprotez əməliyyatı zədələnmə, degenerativ və iltihabi xəstəliklər nəticəsində oynaqlarda yaranan dəyişikliklərin konservativ müalicə metodları ilə aradan qaldırıla bilmədiyi hallarda oynaqların tam və ya qismən süni protezlə əvəz olunmasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!