Sabunçu rayonunda dəhşətli hadisə baş verib.
Sabunçu Rayon Polis İdarəsindən “Yeni Sabah”a daxil olan məlumata görə, sentyabrın 15-də Rasim Əhmədli adlı vətəndaş keçmiş həyat yoladışını yandırmağa cəhd edib. Məlumatda bildirilir ki, Rasim Əhmədli keçmiş xanımının evinə gedərək özü ilə gətirdiyi plastik qabda olan ağ neft məhlulunu onu yandırmaq istəyib. Hadisə yerinə gələn polis əməkdaşları Rasim Əhmədlini sakitləşdirməyə və qanunsuz hərəkətlərinə son qoymağa çağırsa da, o, çağırışa məhəl qoymayıb və asayiş keşikçilərini yandırmağa cəhd edib. Lakin polis əməkdaşları Rasim Əhmədlini zərərsizləşdirə biliblər.
Faktla ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29 (cinayət etməyə cəhd), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Rasim Əhmədli şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. pizza
Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Telegram kanalımız