Sabunçuda oğurluğa görə 2 nəfər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Sabunçuda oğurluğa görə 2 nəfər tutuldu

Kriminal

17 Dekabr 2025 17:55 484


Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq cinayətləri qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, naməlum şəxs gecə saatlarında 2 mağazanın qapısını qıraraq zərərçəkənlərə ümumən 2900 manat dəyərində ziyan vurub.

Talanan əşyalar arasında nağd pul vəsaiti ilə yanaşı, mobil telefon, enerji içkiləri və tütün məmulatları da olub. Dördpendirli pizza

Hər iki əməli törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 22 yaşlı E.Yusifov müəyyən olunaraq saxlanılıb.

Məhəmmədi qəsəbəsində keçirilən digər tədbir zamanı isə marketlərin birindən 800 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən 40 yaşlı İ.Nadirov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!