Sabunçu rayonunun ərazisində ağır yol qəzası baş verib.
“Yeni Sabah” xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Baş vermiş hadisə nəticəsində "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıbb və aidiyyəti üzrə təhvil veriblər.
Telegram kanalımız