Sabunçuda qəzada iki piyada öldü

saytların hazırlanması

Evə çatdırılma

Sabunçuda qəzada iki piyada öldü

Avto

24 İyun 2019 11:43 1072


Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, iyunun 23-də saat 23 radələrində Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Tağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Eldar Bəhramovu vurub. E.Bəhramov hadisə yerində ölüb.

İyunun 23-də saat 9 radələrində isə Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə 40-45 yaşlı kişi vurulub. Həmin şəxs hadisə yerində ölüb. pizza hut

Hər iki faktla bağlı Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!