Vyetnamda 64 il saç kəsdirməyən qadın saçlarından 6 metrlik bir hörük hazırlayıb.
Yenisabah.az xəbər verir ki, Nuyen Ti Dinh adlı qadının 83 yaşı var. O, saçlarını sonuncu dəfə 19 yaşında kəsdirib. Elə saçlarını yumaq üçün şampundan da sonuncu dəfə 19 yaşında istifadə edib.
Bildirək ki, yaşlı qadının saçlarını kəsməmə səbəbi ilk dəfə kəsdirəndə ciddi baş ağrısı ilə üzləşməsi olub. O, bundan sonra müalicə alsa da, bunun heç bir nəticə vermədiyini görüb. Nəticədə belə bir qərara gəlib. Yaşlı qadın hazırda saçları haqqında “sıx bir ipə çevriliblər, pitona bənzəyirlər” ifadələrini işlədir. pizza sifarişi
Telegram kanalımız