Şadlıq evində mənşəyi məlum olmayan içkilər aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Şadlıq evində mənşəyi məlum olmayan içkilər aşkarlandı

Sağlamlıq

07 Aprel 2026 11:38 740


Lənkəranda “Ağ Saray” şadlıq evində mənşəyi məlum olmayan alkoqollu içkilər aşkarlanıb.

Bu barədə “Yeni Sabah”a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentliyinin əməkdaşları Lənkəran şəhəri, Füzuli küçəsində fəaliyyət göstərən, Ağayev Əli Hacıağa oğluna məxsus “Ağ Saray” şadlıq evində yoxlama keçirib. Pepperoni pizza

Baxış zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, qeydiyyatdan keçməmiş istehsalçı tərəfindən istehsal olunan və etiket məlumatlarına dair tələbləri pozulmuş “Organic Ultra” əmtəə nişanlı alkoqollu içkilərin toy şənliyində istifadə olunmasının qarşısı alınıb. 

Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Məhsulların istifadəsı məhdudlaşdırılıb, araşdırmalar davam etdirilir.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!