“Sağ qalmaq üçün 25 gün...” - Həkimdən ciddi   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

“Sağ qalmaq üçün 25 gün...” - Həkimdən ciddi XƏBƏRDARLIQ

Sağlamlıq

18 Avqust 2021 20:10 26100


"Vəziyyət ciddidir. Aktiv xəstə sayı ikinci dalğadan 2 dəfə azdır, amma artıq səhiyyə sistemi çətinliyə düşüb. Səbəbini bilmirəm. Amma siz özünüzü qoruyun".

Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış həkim Vasif İsmayıl öz sosial şəbəkə hesabında yazıb.

Həkim xəbərdarlıq edib ki, uşaqlar, hətta peyvənd olunmuşlar belə koronavirusa yoluxa bilər. Marqarita pizza

"Hamı xəstələnə bilər. Uşaqlar da, peyvənd olunmuşlar da. Əlaqə nisbətini azaldın. Evdə belə öpüşüb-görüşməyin. Azacıq səbr edin. Mənim dediklərimə istəyirsiniz milyon dəfə söyün, amma özünüzü qoruyun və sonra söyün. Vecimə də deyil. Təki sağ qalasınız.

Hardasa 25 gün sağ qalmaq üçün ciddi qorunmaq lazımdır. İndiki nədirsə, bir başqa aləmdi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!