Şagirdin güllələdiyi müəllimin vəziyyəti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Şagirdin güllələdiyi müəllimin vəziyyəti açıqlandı

Sağlamlıq

06 Fevral 2026 11:12 815


Fevralın 6-da saat 09:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu İdrak liseyindən çağırış qeydə alınıb.

Bu barədə “Yeni Sabah”a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Kliniki Tibbi Mərkəzindən məlumat verilib. 

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.  Dördpendirli pizza

Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb. 

Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!