Şagirdlərlə görüş keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Şagirdlərlə görüş keçirildi

Sosial

18 Fevral 2019 16:50 739


Paytaxtın ümumi təhsil müəssisələrinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri və XI sinif şagirdləri ilə görüşlər keçirilib.

“Yeni Sabah” xəbər verir ki, görüşlərin əsas məqsədi GÇH rəhbərlərinin bilik və bacarıqlarını inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirmək, məktəblilərlə ixtisas seçimi istiqamətində müzakirələr aparmaq, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltməkdən ibarətdir.

Tədbirlərdə çıxış edənlər GÇH rəhbərlərinə məktəblilərdə hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə təlimlərin təşkili və maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq tövsiyələr veriblər. Həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!