"Azərbaycan və Türkiyə qardaş ölkələrdir. İki ölkə ətlə-dırnaq kimidir. Amma, ayrı-ayrı ölkələrdir. Tarix boyu da belə olub. İki ölkənin konfederasiyada birləşmək və yaxud anadolu türkcəsini Azərbaycanın dövlət dili elan etmək təklifi ölkəmiz və xalqımız üçün qəti şəkildə qəbul olunmazdır".
Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
"Şahbaz Xuduoğlunun təklifi Azərbaycan dövlətinə və xalqına hörmətsizliyidir. Bizim müstəqilliyimiz, bizim dəyərimizdir!! Hər bir şəxs tutduğu vəzifəsindən, əqidəsindən, ictimai mövqeyindən istifadə edərək xalqın dilinə, mədəniyyətinə, müstəqilliyinə xələl gətirə bilməz. Diqqətli olmaq lazımdır", - M.Əsədullazadə bildirib. Pepperoni pizza
Telegram kanalımız