“Şahdəniz-3” layihəsi reallaşa bilər

saytların hazırlanması

Evə çatdırılma

“Şahdəniz-3” layihəsi reallaşa bilər

İqtisadiyyat

19 Aprel 2019 22:55 907


Azərbaycanda “Şahdəniz” yatağını işlənilməsinin üçüncü mərhələsinin həyata keçirilməsi böyük bir ehtimaldır. 

“Yeni Sabah” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev deyib.

“Layihənin konsepsiyası hələ mövcud deyil. Lakin, razılıq var, müəyyən işlər aparılır. Geoloji işlərə də başlanılıb, hansılar ki, yatağın işlənilməsinin növbəti fazasını nəzərdə tutur. İnvestisiyalarla bağlı qərar hələ verilməyib”, deyə V. Əliyev bildirib. pizza hut

Qərarın verilməsi müxtəlif səbəblərdən asılı ola bilər – texniki məsələlər, kommersiya danışıqları, investisiyaların həcmi, qazın bazarlanması məsələləri, infrastrukturun genişləndirilməsi və s.

Üçüncü faza üzrə söhbət əlavə 300-500 mlrd. kubmetr qazdan gedir.

“Mən inanmıram ki, 2019-cu ildə bu barədə qərar qəbul oluna bilər”, deyə V. Əliyev əlavə edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!