Sahibə Qafarova Əminə Ərdoğanla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Sahibə Qafarova Əminə Ərdoğanla görüşdü

Siyasət

30 Mart 2023 09:11 803


ABŞ-nin Nyu-York şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanla görüşüb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin birinci xanımı tviter hesabında paylaşım edib. 

“Sıfır tullantı ilə bağlı təcrübələrimizi bölüşdük. Ətraf mühit problemlərinin bütün dünya ölkələrinin məsuliyyəti olduğu mövzusunda və iqlim böhranı ilə birgə mübarizədə həmfikirik”, - o qeyd edib.  Dördpendirli pizza

Əminə Ərdoğan BMT-də göstərdiyi dəstəyə görə S. Qafarova və Azərbaycan xalqına təşəkkürünü bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!