Sahibə Qafarova: “Ermənistanla danışıqların müsbət nəticələri var“ 

saytların hazırlanması

Evə çatdırılma

Sahibə Qafarova: “Ermənistanla danışıqların müsbət nəticələri var“ 

Siyasət

08 Dekabr 2023 12:15 354


Milli Məclisin sədri Sahibə Qafarova bu gün Ermənistanla danışıqların müsbət nəticələrinin olduğunu söyləyib. 

"Report"un xəbərinə görə, spiker bu barədə parlamentin dekabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, Vətən müharibəsində qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ermənistanla sülh danışıqları aparılmaqdadır. Marqarita pizza

"Artıq bu gün söyləmək olar ki, bu danışıqların müsbət nəticələri vardır. Dünən Prezident Administrasiyasının və Ermənistan Baş naziri Aparatının birgə bəyanatı dərc edilib. Hər iki tərəf belə bir fikrə şərik olduğunu bildirib ki, regionda çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi imkan yaranıb. Suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq və sülh müqaviləsi bağlamaq niyyəti təsdiq edilib. Bəyanatda sülh sazişini yaxınlaşdıran bir sıra addımlar nəzərdə tutulub. Bu addımların davamını biz yaxın zamanda müşahidə edəcəyik", - S.Qafarova əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!