"Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın regiona son səfəri, Laçın yolu ilə bağlı Ermənistanda verdiyi bəyanatlar, həmçinin Fransanın ictimai radiosuna verdiyi müsahibədə səsləndirdiyi iddialar qəbuledilməzdir".
Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayonla görüşü zamanı deyib.
Milli Məclisin sədri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ümidvar olduğunu bildirib ki, o, Fransanın Azərbaycandakı səfiri kimi fəaliyyətində ölkələrimiz arasında münasibətlərə öz töhfəsini verəcək. pizza sifarişi
Telegram kanalımız