Sahibə Qafarova Pakistan Senatının və Milli Assambleyasının sədrlərinə başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Sahibə Qafarova Pakistan Senatının və Milli Assambleyasının sədrlərinə başsağlığı verdi

Siyasət

27 Avqust 2022 22:37 1083


Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikası Senatının və Milli Assambleyasının sədrlərinə başsağlığı verib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenisabah.az-a verilən məlumata görə, Sahibə Qafarova Pakistan İslam Respublikasında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar ilə əlaqədar bu ölkənin Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfə və Senatın sədri Məhəmməd Sadiq Sancraniyə başsağlığı məktubları ünvanlayıb.

Spiker həmkarlarına, qardaş Pakistan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, faciə nəticəsində yaralananlara şəfa dilədiyini qeyd edib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!