Sahibə Qafarova Qırğız Respublikasına işgüzar səfərdədir

saytların hazırlanması

Evə çatdırılma

Sahibə Qafarova Qırğız Respublikasına işgüzar səfərdədir

Siyasət

15 Noyabr 2023 21:47 607


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA) tədbirlərində iştirak etmək üçün noyabrın 15-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə işgüzar səfər edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Nümayəndə heyətinə Milli Məclisin MDB PA-dakı nümayəndə heyətinin üzvləri Mixail Zabelin, Rasim Musabəyov, Nizami Səfərov, Emin Hacıyev və digər rəsmi şəxslər daxildirlər. pizza mizza

Bişkekin “Manas-2” Beynəlxalq hava limanında nümayəndə heyətini Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Nurbek Sadıqaliyev, xarici işlər nazirinin müavini Avazbek Ataxanov, MDB PA Şurasının Baş katibi Dmitri Kobitski, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!