Sahibə Qafarova Rusiyada işgüzar səfərdədir

saytların hazırlanması

Evə çatdırılma

Sahibə Qafarova Rusiyada işgüzar səfərdədir

Siyasət

13 Aprel 2023 00:43 647


Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxış edəcək.

Milli Məclisdən Yenisabah.az-a verilən məlumata görə, parlament sədrinin iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Sankt-Peterburqa gəlib. pizza mizza

Sankt-Peterburq şəhərinin Pulkovo hava limanında nümayəndə heyətini Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Nikolay Bondarenko, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!