Sahibə Qafarova Türkiyəyə səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

Sahibə Qafarova Türkiyəyə səfər edəcək

Siyasət

18 İyun 2022 16:21 1333


İyunun 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenisabah.az-a verilən xəbərə görə, tədbir Parlamentlərarası İttifaqın və Türkiyə Böyük Millət Məclisinin birgə təşkilatçılığı ilə keçirilir.

Milli Məclisin sədri konfransda çıxış edəcək. Sezar pizza

Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər iştirak edəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!