Sahibə Qafarova Vyanaya getdi

saytların hazırlanması

Evə çatdırılma

Sahibə Qafarova Vyanaya getdi

Siyasət

19 İyun 2023 16:46 775


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti iyunun 19-da Avstriya paytaxtı Vyana şəhərinə rəsmi səfərə gedib.

Yenisabah.az xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin komitə sədrləri Tahir Mirkişili (Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri), Siyavuş Novruzov, deputatlar Sahib Alıyev, Azər Kərimli, Elnur Allahverdiyev, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Vyana Beynəlxalq hava limanında nümayəndə heyətini Avstriya parlamentinin Protokol İdarəsinin rəisi Eva Russek, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli və digər rəsmi şəxslər qarşılayıblar. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!