Sahibinin onu qırxmaması üçün 6 il dağlarda gizləndi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Sahibinin onu qırxmaması üçün 6 il dağlarda gizləndi - Fotolar

Maraqlı

24 Aprel 2020 12:53 1746


Adətən, "Qoyun kimisən" sözü deyilənləri etirazsız yerinə yetirən icmalar üçün istifadə olunur. Lakin bəzən elə hadisələr yaşanır ki, onlar bütün qəlibləşmiş sözləri birdəfəlik silir. Belə hadisələrdən biri də 2000-ci ildə yaşanıb. Buradakı qəhraman isə adı “Şrek” olan qoyundur. 

Yenisabah.az xəbər verir ki, “Şrek” həmin ildə heç də itaətkar olmadığını göstərərək bu ifadənin doğru olmadığını sübut edib. O sürüdən qaçıb və illərdir dağlarda öz istədiyi kimi gəzib. 

Bildirək ki, Şrek Yeni Zelandiyada yunları üçün saxlanılan Merinos cinsinə aid bir qoyun olub. Məlum olduğu kimi, Merinos qoyunları ildə bir dəfə yunlarından qurtulurlar. Lakin Şrek vaxt yunlarının qırxılmasına çatanda bunu istəmədiyi üçün qaçıb.  pizza

O, 6 il dağlarda yaşayıb. Və bir gün vəziyyət elə olub ki, o artıq yununa görə heç nəyi görə bilməyib. Görünüşü ilə digər qoyunlardan fərqlənib. Hətta yunu çox olduğu üçün yeriməkdə belə çətinlik çəkib. Nəticədə təhlükəyə qarşı müdafiəsiz və tək qalıb. Bu vəziyyətə dayana bilməyən “Şrek” 2004-cü ildə köhnə sahibinə təslim olub. 2011-ci ildə isə tam 16 yaşında həyata gözlərini yumub. Nəticədə isə arxasında dastanı xatırladan bir hekayə buraxıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!