Sahibkar qadın məşhur xəstəxananı məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Sahibkar qadın məşhur xəstəxananı məhkəməyə verdi

Sağlamlıq

04 Fevral 2026 12:43 1154


“Liv Bona Dea”ya qarşı məhkəmə çəkişməsinə hazırlığa başlamışam. Ağrıyan insan canı üzərindən böyük məbləğlər alıb, əvəzində lazımi tibbi xidmət göstərməyən mütəşəkkil sistemə qarşı çıxıram”.

Bunu “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli bildirib.

O, bu yolda tək olmadığını deyib: Pepperoni pizza

“Qarşıda uzun bir yol var. Amma bu yolda tək deyiləm. Onların əməllərindən əziyyət çəkən bütün pasiyentlərin nümayəndəsiyəm. İnsan xəstəliyi ilə alver edənlərə qarşı çıxıram. Xəstələrə qayğı tələb edirik. Ağrılarımızı baha qiymətləndirib, ucuz xidmət göstərən başdansovdu yanaşmaya qarşıyıq”.

Qeyd edək ki, N.Köçərli bir neçə gün öncə sosial media hesabında paylaşım edərək “Liv Bona Dea” xəstəxanasından şikayət etmişdi. O, adı çəkilən xəstəxanada pis rəftarla üzləşdiyini demişdi. Lakin xəstəxana iddiaları qəbul etməyib.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!