Sahibkarlar əməkhaqqı üçün belə müraciət edəcək - VİDEOTƏLİMAT

saytların hazırlanması

Evə çatdırılma

Sahibkarlar əməkhaqqı üçün belə müraciət edəcək - VİDEOTƏLİMAT

İqtisadiyyat

10 Aprel 2020 13:05 1055


Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərdən ikisinin - pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətləri üzrə işlərin həyata keçirilməsinə başlanılıb. Maliyyə dəstəyi vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında həyata keçirilir.

Yenisabah.az İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, sahibkarlıq subyektlərinin müraciət etmələrinin asanlaşdırılması məqsədilə müvafiq videotəlimatlar hazırlanıb.

Bu təlimatlar müraciətlərin tərtib olunma qaydalarını izah edir. Dördpendirli pizza

Həyata keçirilən maliyyə dəstəyi proqramlarının 600 minədək muzdlu işçi və fərdi sahibkarı əhatə etdiyini və sözügedən videotəlimatların geniş ictimai maraq doğurduğunu nəzərə alaraq, onları diqqətinizə təqdim edirik:

Pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün müraciətin tərtib olunması qaydasını izah edən videotəlimat:

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün müraciətin tərtib olunması qaydasını izah edən videotəlimat

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!