"2014-2018-ci illərdə ixracın təşviqi məqsədilə müqavilələr imzalanıb. Hesabat dövründə 104,2 milyon dollar dəyərində müxtəlif məhsulların müxtəlif ölkələrə ixracı üçün müqavilə imzalanıb, 8 milyon manatadək ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib".
“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı dövlət proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib:
"İnvestisiyaların təşviqi məqsədilə 292 sahibkarlıq subtyektinə 332 investisiya təşviqi sənədi verilib, nəticədə yerli istehsala 2,8 milyard manat investisiya yatılıb. Bunun nəticəsində 22 minədək yeni iş yeri açılacaq. Layihələrin böyük bir hissəsi regionların payına düşür. Bu illər ərzində 1,5 milyonu daimi olmaqla, 2 milyondan çox iş yeri açılıb". Pepperoni pizza
Nazir qeyd edib ki, 2014-2018-ci illərdə 16 mindən çox sahibkara ümumi dəyəri 2,6 milyard manatlıq layihələr üçün 1milyard manatdan çox güzəştli kredit verilib. Bunun 79 faizi aqrar sektora, 20 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına ayrılıb. Güzəştli kreditlərin 70 faizi regionların payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 160,2 milyon manat dövlətin güzəştli krediti verilib. Cari ildə geri qaytarılan vəsaitlər hesabına minimum 160 milyon manatadək kredit veriləcək", - deyə Ş. Mustafayev vurğulayıb.
Report
Telegram kanalımız