“”Diqlas”la bağlı prezidentin məlum qərarı vətəndaşları razı salmaq, onlara kömək etmək məqsədilə verilsə də və bu qərar ölkə başçısının diqqətini, humanistliyini göstərsə də, mən bu qərarla razı deyiləm”.
“Yeni Sabah”ın məlumatına görə, bunu sığorta üzrə ekspert Xəyal Məmmədxanlı deyib. Mütəxəssis daha sonra fikirlərinə belə davam edib:
“Ona görə yox ki, ordakı vətəndaşlara pul verilməsinin əleyhinəyəm, əsla! Sadəcə ona görə ki, prezident məsuliyyətsiz insanların, səhlənkar məmurların səhvini, vurduqları zərərləri kompensasiya etdikcə, onlar öz səhlənkarlıqlarına və nöqsanlarına davam edəcəklər. Cəza olmadıqca (maddi, inzibati, cinayət məsuliyyəti) bu problemlər öz həllini tapmayacaq. Hər kəs düşünəcək ki, əşi nə edirik sığortanı, nəyimizə lazım yanğın təhlükəsizliyi, onsuz da nəsə olsa, prezidentin canı sağ olsun, ödəyəcək də”. pizza
Qeyd edək ki, "Diqlas" Ticarət Mərkəzində malları yanan sahibkarlara dövlət tərəfindən kompensasiya veriləcək. Bunu bu gün Prezident Administrasiyasında sahibkarlarla görüşən PA-nın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin müavini Hüseyn Mövsümov deyib.
Telegram kanalımız