Sahil Babayev əhaliyə verilən xəstə heyvan iddiasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Sahil Babayev əhaliyə verilən xəstə heyvan iddiasından danışdı

Sosial

14 Fevral 2019 20:00 820


“Özünüməşğulluq proqramı çərçivəsində əhaliyə 30 min baş iribuynuzlu və xırdabuynuzlu heyvan paylanıb. Gələn şikayətlər isə cəmi 1 faiz təşkil edir”.

 “Yeni Sabah”ın məlumatına görə,  əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev  narazılıqlarla bağlı müraciətlərə də aydınlıq gətirib:

“Bəziləri 2 ay sonra heyvanın xəstə olması ilə bağlı müraciət edir. Həmin müddətdə heyvana necə baxılıb, necə saxlanılıb, necə qulluq edilib məlum deyil. Maraqlıdır ki, həmin insan niyə iki ay sonra müraciət edir? Paylanan heyvanların hamısı eyni ölçüdə, eyni çəkidə ola bilməz. Müəyyən fərqlərin olması normaldır”. Marqarita pizza

 Nazir qiymətlərlə bağlı səsləndirilən rəqəmlərin həqiqətəuyğun olmadığını vurğulayıb:

 “Alınan heyvanlar imzalanmış müqavilə üzrə bütün ödənişlər daxil olmaqla 1400 manat civarındadır. Heç bir şirkətə yüksək rəqəm ödənilməyib. Bizim ana prinsipimiz sosial ədalət və şəffaflıqdır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!