Sahil Babayev yeni rəis müavini təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Sahil Babayev yeni rəis müavini təyin etdi

İqtisadiyyat

13 Aprel 2026 15:52 2832


Maliyyə Nazirliyində yeni kadr təyinatı olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə maliyyə naziri Sahil Babayev müvafiq əmr imzalayıb.  

Əmrə əsasən, Nəsimi Zakir oğlu İsmayılov qurumun Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub. Dördpendirli pizza

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumatı saytımıza təsdiqləyiblər.

Qeyd edək ki, Nəsimi İsmayılov bundan əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi məsələlər üzrə prorektoru vəzifəsində çalışıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!