Şahin Mustafayev ərəb səfirini qəbul edib

saytların hazırlanması

Evə çatdırılma

Şahin Mustafayev ərəb səfirini qəbul edib

İqtisadiyyat

13 Mart 2019 18:40 855


İqtisadiyyat naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Haməd bin Abdulla bin Səud bin Xudeyri qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, görüşdə Haməd bin Abdulla bin Səud bin Xudeyri Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edən Şahin Mustafayev səfirə Azərbaycandakı diplomatik və ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb. 

Nazir Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Respublikası Prezidentinin Səudiyyə Ərəbistanına səfərlərinin, aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb, yüksək səviyyəli siyasi münasibətlərin iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaratdığını diqqətə çatdırıb. pizza

Qeyd edilib ki, iki ölkənin biznes dairələri arasında əlaqələr uğurla inkişaf edir. İqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakıda və Əl-Riyadda biznes forumlar, Səudiyyə Ərəbistanına ixrac missiyaları təşkil edilib. Bu yaxınlarda Bakıda keçirilmiş Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası birgə Komissiyasının iclası, həmçinin iş adamları arasında təşkil edilmiş işgüzar görüş ölkələrimiz arasında əməkdaşlığa töhfə verir.

Səudiyyə Ərəbistanı şirkətləri indiyədək Azərbaycan iqtisadiyyatına 370 milyon dollar investisiya yatırıb, Azərbaycanda 26 Səudiyyə Ərəbistanı şirkəti fəaliyyət göstərir. Səudiyyə İnkişaf Fondu ilə məktəb tikintisi, kanal və yol tikintisi sahələrində uğurlu maliyyə əməkdaşlığı həyata keçirilib, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri üzrə işlər davam etdirilir. Bununla yanaşı, bu ayın əvvəlində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Səudiyyə Ərəbistanı Baş İnvestisiya Qurumu (SAGIA) arasında “İkitərəfli investisiya əlaqələrinin genişləndirilməsi üzrə çərçivə əməkdaşlığı Proqramı” imzalanıb. Bütün bunlar isə, iqtisadi əlaqələrimizin genişlənməsindən xəbər verir.

Nazir Şahin Mustafayev Riyad Ticarət və Səudiyyə Palatasının hər iki ölkənin iş adamlarının təmsil olunacağı Müştərək İş Adamları Şurasının yaradılması ilə bağlı təklifinə Azərbaycan tərəfinin müsbət yanaşdığını diqqətə çatdırıb.

İqtisadiyyat naziri vurğulayıb ki, Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəkləməsi, münaqişənin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olması, işğalçı Ermənistanla diplomatik münasibətlərin qurulmasından imtina etməsi Azərbaycan tərəfindən yüksək qiymətləndirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!