Şahin Mustafayev İran səfirini qəbul edib.
Yenisabah.az xəbər verir ki, bu barədə İran səfirliyi məlumat yayıb.
Baş nazirin müavini - Birgə Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayev İran səfiri Abbas Musəvini qəbul edib. Sezar pizza
Qəbulda noyabrın 9-da Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi arasında baş tutan görüş zamanı müzakirə edilən ikitərəfli münasibətlərin gündəliyində olan məsələlərə nəzər salınıb.
Eyni zamanda, iki ölkə arasında əməkdaşlıq məsələləri, o cümlədən birgə enerji və nəqliyyat layihələri müzakirə edilib.
Telegram kanalımız