Şahin Mustafayev İranın Baş Qərargah rəisilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Şahin Mustafayev İranın Baş Qərargah rəisilə görüşdü

Siyasət

18 May 2022 22:40 850


İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev mayın 18-də bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, Azərbaycan ərazilərinin işğaldan azad olunması münasibətilə təbriklərini çatdıran İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri İranın Azərbaycanla əlaqələrinin inkişafında hər zaman maraqlı olduğunu bildirib.

Görüşdə Azərbaycanla İran arasında dostluq münasibətlərinin xeyli inkişaf etdiyi və yeni mərhələyə qədəm qoyduğu vurğulanaraq, müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın əhəmiyyəti qeyd edilib. Toyuqlu pizza

Görüşdə, həmçinin iki ölkə arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə də müsbət əməkdaşlıq təcrübəsi üzrə əlaqələrin daha da inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!