Şahin Mustafayev: “Yeni nəqliyyat kommunikasiyalarının tikintisi nəzərdə tutulur”

saytların hazırlanması

Evə çatdırılma

Şahin Mustafayev: “Yeni nəqliyyat kommunikasiyalarının tikintisi nəzərdə tutulur”

Siyasət

10 İyun 2023 12:20 697


İyunun 2-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya Baş nazirləri müavinlərinin Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun növbəti iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, Baş nazirin müavini Şahin Mustafayev “Report”a müsahibəsində danışıqların gedişatı barədə danışıb:.

- Danışıqlar 9/10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın 9-cu bəndi əsasında onun müddəalarının tezliklə həyata keçirilməsi üçün aparılır. Məsələ çox aydındır. Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə birləşdirən mövcud nəqliyyat kommunikasiyalarının bərpası və yenilərinin tikintisi nəzərdə tutulur. Həm sərnişin, həm yük daşınması, həm də nəqliyyat vasitələrinin hərəkatı təmin ediləcək. pizza mizza

- Qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə nəzarəti Rusiya həyata keçirəcək?

- 9/10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanata əsasən, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin təşkilinə nəzarət Rusiya FTX-nin (Federal Təhlükəsizlik Xidməti - red.) sərhəd xidməti tərəfindən həyata keçiriləcək.

- Danışıqlar hansı mərhələdədir?

- Hazırda texniki detalların razılaşdırılması istiqamətində müzakirələr gedir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!