Şahmat üzrə Azərbaycan çempionunun adı məlum oldu

Şahmat üzrə Azərbaycan çempionunun adı məlum oldu

İdman Veb saytların hazırlanması

25 Yanvar 2019 14:51 1223


Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı başa çatıb.

“Yeni Sabah” xəbər verir ki, 9 turdan 6,5 xal toplayan Məhəmməd Muradlı ölkə çempionu adını qazanıb. Aktivində 6,5 xal olan İsmayıl Şahəliyev ikinci yeri tutub. Ülvi Bacarani isə 6 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, 5-ci turdan liderliyi əldən verməyən İsmayıl Şahəliyev sonuncu turda Nail Bəşirliyə məğlub olduğu üçün çempionluğu əldən verib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!