Ermənistan hakimiyyəti özünü buraxmış qondarma “Artsax”ın “prezidenti” Samvel Şahramanyanın separatçılıq əməllərindən çəkindirmək üçün tədbirlər görməyə qərar verib.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. Erməni nəşri yazır ki, Paşinyan hakimiyyəti, hətta “Artsax” sözünün də istifadə edilməməsini istəyir.
Qəzetin məlumatına görə, dünən 44 günlük müharibənin istintaq komissiyasına rəhbərlik edən Andranik Koçaryan bildirib ki, komissiyaya Şahramanyan da dəvət oluna bilər. KİV əlavə edib ki, komissiyanın fəaliyyət müddətinə hələ 1 ay qalıb: Sezar pizza
“Bu arada, müharibə illərində Şahramanyan “hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri” olub və onun cəbhə ilə heç bir əlaqəsi olmayıb. Koçaryan dolayısı ilə etiraf edib ki, Şahramanyanın dindirilməsi komissiyanın funksiyalarından kənardır. “Cənab Şahramanyana 44 günlük müharibədən sonra həm silahlanma, həm əhalinin sayının azalması, həm də imzalanmış kapitulyasiya sənədləri ilə bağlı bəzi suallar vermək mümkündür”, – məlumatda qeyd olunub.
Nəşri onu da qeyd edib ki, Şahramanyan çıxışlarına dəfələrlə Ermənistan hakimiyyətinə qarşı olmadığını və İrəvanla kompromis əldə edilə biləcəyinə inandığını bəyan edib, lakin hazırda Ermənistan hakimiyyəti “Artsax məsələsi” ilə bağlı siyasətində kəskin dönüş edib.
Bildirilib ki, İrəvanda Qarabağ separatçılarına məxsus “mühacirət hökuməti” ilə Ermənistan hakimiyyəti arasında münasibətlər getdikcə gərginləşməkdə davam edir. Erməni analitiklər iddia edirlər ki, Paşinyan Qarabağdan gələn erməniləri və separatçı xunta “rəhbərliyi”ni özünə əks-elektorat olaraq qəbul edib.
Xatırladaq ki, Qarabağdan könüllü surətdə İrəvana gələn ermənilərin sosial müavinətlərin ödənilməməsi ilə bağlı problem artıq 3 aydır ki, erməni cəmiyyətinin əsas müzakirə mövzusuna çevrilib. Belə ki, separatçıların “lideri” Samvel Şahramanyanın Paşinyan iqtidarı barəsində səsləndirdiyi fikirlər nəticəsində qondarma qurumun “dövlət büdcəsi”ndən könüllü əsaslarla köçən ermənilər üçün ayrılan sosial müavinətlərin verilməsində bilərəkdən maneələr törədilib.
Rafi MÜSLÜMOV
Telegram kanalımız