Şahramanyanın məktubu yayıldı - Görün nə xahiş etdi

saytların hazırlanması

Evə çatdırılma

Şahramanyanın məktubu yayıldı - Görün nə xahiş etdi

Siyasət

15 Noyabr 2023 00:54 6980


Hazırda Ermənistanda olan keçmiş qondarma rejimin “lideri” Samvel Şahramanyan Ermənistanın baş prokuroru Anna Vardapetyana məktub yazıb. 

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Aysor” saytı yazıb.

Sözügedən məktubun prokurorluq tərəfindən Ermənistan Milli Təhlükəsizlik Xidmətinə göndərildiyi bildirilir. Marqarita pizza

Şahramanyan məktubda qondarma rejimin bəzi “rəsmilərinin” törətdiyi əməllərin cinayət hesabatı kimi qəbul olunmasını xahiş edib.

O bildirib ki, “artsaxın hakimiyyət orqanları” “məmurlar” tərəfindən törədilən mümkün sui-istifadə hallarının aşkar edilməsində və təqsirkarların məsuliyyətə cəlb olunmasında maraqlıdır.

Qeyd edək ki, İrəvanda 44 günlük müharibəni araşdıran istintaq komissiyası S.Şahramanyanın Vətən müharibəsi və antiterror əməliyyatları ilə bağlı dindirilməsi üçün ona dəvət məktubu göndərib. Şahramanyanın komissiyaya ifadə verməyə gedib-getməyəcəyi məlum deyil. Onun bu dəvətdən sonra baş prokurora müraciət məktubu ünvanlaması diqqət çəkib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!