Şahzadə İspaniya tətilində paparassilərə yaxalandı -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şahzadə İspaniya tətilində paparassilərə yaxalandı - Fotolar

Dünya

05 İyul 2019 10:05 1117


Kral ailələlərinin üzvləri adətən istirahətlərini gözdən uzaq, ucqar yerlərdə keçirirlər amma bu yazılmamış qanuna əməl etməyənlər də var.

“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, Norveçin vəliəhd şahzadəsi Hokon Maqnus İspaniya tətilində paparassilərə yaxalanıb.

Tətilə həyat yoldaşı və uşaqları ilə birgə gələn şahzadə vaxtının çoxunu yaxtada keçirib. Ailə üzvləri gün boyu dənizdə üzüb, yaxtada günəşlənib. Fotolarının çəkildiyinin fərqində olan ailə buna məhəl qoymayaraq istirahətə davam edib.

Qeyd edək ki, şahzadə Hokon 2001-ci ildə Mette Marit ilə ailə qurub. Bu Mettenin ikinci evliliyidir. Vəliəhd şahzadənin boşanmış xanımla ailə qurması həmin vaxt medianın gündəmini zəbt etmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!