Şahzadədə xərçəng aşkarlandı 

saytların hazırlanması

Evə çatdırılma

Şahzadədə xərçəng aşkarlandı 

Dünya

22 Mart 2024 23:42 517


Uels şahzadəsi Keyt Middleton əməliyyatdan sonra bədənində xərçəng aşkarlandığını bildirib. 

Yenisabah.az xəbər verir ki, bu barədə o, özünün "X" hesabında danışıb.

O, hazırda kimyaterapiya keçdiyini açıqlayıb. Pepperoni pizza

“Əməliyyat uğurlu keçdi, lakin bundan sonra aparılan analizlər xərçəngin olduğunu göstərdi. Buna görə də həkimlərim mənə profilaktik kimyaterapiya kursu keçməyi məsləhət gördülər və indi müalicənin ilkin mərhələsindəyəm”, – şahzadə bildirib.

Uels şahzadəsi özünü yaxşı hiss etdiyini və gündən-günə sağaldığını vurğulayıb.

Kensinqton Sarayı yanvarın 17-də Middltonun qarın nahiyəsindən əməliyyat olunduğunu bildirib.

Cərrahi əməliyyatın səbəbləri qeyd edilməyib, Uels şahzadəsinin şəxsi tibbi məlumatlarının məxfi qalmasını istədiyi vurğulanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!