Yanvarın 31-də paytaxtın Sabunçu rayonunun Əmircan qəsəbəsindəki Mədəniyyət evində Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə görkəmli şair Səməd Mənsurun (1879-1927) 140 illiyinə həsr olunmuş “Həpsi rəngdir” adlı ədəbi-bədii tədbir keçirilib.
“Yeni Sabah” xəbər verir ki, tədbirdə Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyi “Səməd Mənsur. Biblioqrafiya”, Yadigar Əsgərovanın “Səməd Mənsur. Həyatı və yaradıcılığı” və akademik Nizami Cəfərovun Türkiyədə çap olunan “Samed Mansurun şiiri” kitablarının təqdimatı da olub.
Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, mədəniyyət, ədəbiyyat və ictimaiyyət nümayəndələri iştirak edib. pizza mizza
Qeyd edilib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra görkəmli maarifçi, şair və publisist Səməd Mənsurun da xatirəsinin əbədiləşdirilməsi istiqamətində xeyli işlər görülüb. Yaradıcılığı haqqında tədqiqat əsərləri çap edilib.
Tədbirdə Səməd Mənsurun şeirləri səsləndirildi, incəsənət ustalarının ifasında ədəbi-bədii kompozisiya təqdim edildi, şairin sözlərinə bəstələnmiş mahnılar ifa olunub.
Telegram kanalımız