Şair vəfat etdi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Şair vəfat etdi - FOTO

Mədəniyyət

23 Fevral 2026 15:15 930


Şair, ədəbiyyatşünas alim Musa Xanbabazadə 83 yaşında vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

M.Xanbabazadə yaşla əlaqədar xəstəlikdən dünyasını dəyişib. pizza

Ədib doğulduğu Boladi kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Xanbabazadə Musa Cəfər oğlu 1943-cü ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini yüksək qiymətlərlə bitirib. “Qabaqcıl maarif xadimi”, ali kateqoriyalı müəllim, metodist müəllim adına, “Əmək igidliyinə görə medalı”na layiq görülüb.

Xatırladaq ki, Musa Xanbalazadə tanınmış ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlı ilə birlikdə ali təhsil alıb.

Allah rəhmət eləsin.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!