Bir neçə gün öncə şair Şəhriyar del Geraninin yazdığı post ölkə mətbuatında xeyli müzakirə olundu. Şair iş tapmadığını deyərək btün qapıların üzünə bağlanmağından gileyləndi:
"Mən neyləyim? İş vermirlər. Heç kəs iş vermir mənə. Qalmışam düzdə. Bu əbədi ölkədə çölün düzündə qalmışam. 600 manat kirayə ödəyirəm. Evim yoxdur. 20 ildir kirayələrdə yaşayıram Bakıda”.
Bu məsələ yenidən “Şairlər avara olur”, “qeyri-ciddi sənətdir” kimi söz-söhbətləri gündəmə gətirdi. pizza mizza
Bəs görəsən, həqiqətən Azərbaycanda şairlik heç nə qazandırmayan, üfüqlərində heç bir gələcək olmayan bir yoldur?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan yazıçı Tural Cəfərov (Qan Turalı) bildirib ki, dünyanın hər yerində şairlərə münasibət bu cürdür.
Onun sözlərinə görə, şairlik sənətindən maddi mənfəət gözləmək əbəsdir:
“Məsələyə daha geniş kontekstdən baxmaq gərəkdir. Əlbəttə ki, şairlik insanın qarnını doyuzdurmur. Təkcə, bizdə yox, elə dünyanın demək olar ki, hər yerində belədir. Ancaq heç kim 24 saat şairliklə, şeirlə məşğul olmur. Şair tərcümə ilə də məşğul ola bilər, jurnalistika ilə də, redaktə ilə də. Ya da universitetdə mühazirə oxuyar, tərcümə edər, və s. Təəssüf ki, şeirdən maddi mənfəət gözləmək əbəsdir. Füzuli aqibəti hələ də bu aspektdə aktualdır”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız