Sakinlərin NƏZƏRİNƏ: 9 yaşayış məntəqəsində qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin NƏZƏRİNƏ: 9 yaşayış məntəqəsində qaz olmayacaq

Sosial

28 Sentyabr 2024 21:43 638


İmişli rayonunda qazıntı zamanı yeraltı qaz kəməri zədələnib, 9 yaşayış məntəqəsində təchizat dayanıb.

"Report"un Muğan bürosunun məlumatına görə, "İmişli 1" ölçü qovşağından qidalanan PE 225 mm-ilk ortatəzyiqli "Bəhrəmtəpə" daşıyıcı yeraltı qaz kəmərinin Şahverdilər kəndi ərazisindən keçən hissəsi rabitə xətti çəkən podratçı təşkilata məxsus texnika tərəfindən zədələnib.

Baş vermiş qəzanın aradan qaldırılması zəruriyyəti ilə əlaqədar olaraq, işlər başa çatanadək İmişli rayonunun 8 kəndində - Rəsullu, Məhəmmədli, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Sarxanlı kəndlərində və Yeni Bəhrəmtəpə qəsəbəsində (ümumilikdə 6 000 abonent) qaz təchizatı daxildən dayandırılıb. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!